Bakıda bu gecədən nəqliyyatın hərəkəti dayandırılır: Metro bağlanır

OXUNUB: 992 İQTİSADİYYAT SOSİAL

Bu gücədən etibarən paytaxt Bakıda və bir sıra rayon və şəhərlərdə nəqliyyatın hərəkəti tam dayandırılacaq.

7News.Az xəbər verir ki, bu haqda Operativ Qərargah qərar qəbul edib. Qərara görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi  2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda  aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:

3 iyul saat 23:59-dan 6 iyul saat 06:00-dək;

10 iyul saat 23:59-dan 13 iyul saat 06:00-dək;

17 iyul 23:59-dan 20 iyul saat 06:00-dək.

Qeyd edək ki, virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.

RƏYLƏR