Xəzər rayonunda əlbəyaxa dava zamanı bir nəfər bıçaq xəsarətləri alıb.
Hadisə Binə qəsəbəsində baş verib.
1996-cı il təvəllüdlü Zülfüqarov Səfər Yusif oğlu yaşadığı evin yaxınlığında tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı o, kürəyindən bıçaqlanıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinə məlumat verilib./report
İcmal.Az