Bakıda həkim sağlam uşağı öldürdü

OXUNUB: 1815 Səhiyyə SOSİAL
"Həkim səhlənkarlığı dünyaya gələcək körpəmizin inkişafdan qalmasına səbəb oldu”.

Bakı sakini Samir Mirzəzadə BAKU.WS-ə göndərdiyi şikayət məktubunda belə iddia edib.

Samir Mirzəzadənin sözlərinə görə, onun həyat yoldaşı Leyla Qasımzadə hamilə qaldıqdan sonra yaxın qohumların məsləhəti ilə ginekoloq Tamara Hüseynovaya müraciət edib.

"Onun tapşırıqlarına uyğun olaraq yoldaşım həkim müayinəsindən keçdi. Bakı Sağlamlıq Mərkəzində verilən analizlərin cavabına baxan T.Hüseynova yoldaşımın qanında mikrob (toksoplazma) olduğu qənaətinə gəldi. Bildirdi ki, hamiləliyin 3-cü ayında USM müayinəsindən sonra müalicəyə başlayar. Yoxlanış üçün 3-cü ayın tamamında Bakı Sağlamlıq Mərkəzinə getdik. USM müayinəsindən sonra körpənin 2 həftə öncə inkişafdan qaldığı məlum oldu”, - deyə şikayətçi bildirib.
S.Mirzəzadə bildirib ki, həkim Tamara Hüseynova uşağı götürməyin vacibliyini söyləməyib.

"Halbuki, körpə abort edilməsəydi, yoldaşımın qanına zəhərlənmə verə və həyatını itirə bilərdi. Hadisədən sonra çoxları onun həyatda qaldığına təəccüblənmişdi. Cavablara baxan USM həkimi Aygün adlı həkim isə hər şeyin yolunda getdiyini qeyd etdi və hansı səbəbdən körpənin inkişafdan qaldığını izah edə bilmədi. 
Uşağın götürülməsi prosesinə gəldikdə isə həkim Tamara Hüseynova ailə üzvlərimlə və mənimlə alverçi kimi söhbət etdi. Abortdan sonra hələ şad xəbər verirmiş kimi dövlət xəstəxanası olduğu halda bizdən 200 manat tələb etdi. Bununla yanaşı, yoldaşımı gətirən tibb bacısı da "şirinlik" aldı. Sanki hər ikisi qeyd etdiyim kimi, bizə şad xəbər gətirmişdilər. Qeyd edim ki, ilk uşaq götürüldükdən sonra növbəti körpənin dünyaya gəlməməsi riski var.

Hadisədən iki gün sonra başqa bir həkimin yanına getdik. O, cavablara baxdıqdan sonra bizə bildirdi ki, yoldaşımın qanında mikrob olmayıb və sağlamlığı yerində olub. Sadəcə, həkim Tamara Hüseynova tərəfindən yoldaşıma ciddi nəzarət edilməyib və lazımi analizlərin götürülməsi barədə tapşırıq verilməyib. Bir sözlə məşhur hesab olunan və 5 nəfərdən biri sayılan ginekoloq Tamara Hüseynovanın səhlənkar davranışı dünyaya gələcək körpəmizin ölümünə səbəb oldu. Qeyd edim ki, Tamara Hüseynova abortdan sonra heç bir tapşırıq da verməmişdi. Halbuki, sonuncu müraciət etdiyimiz həkim uşaq götürüldükdən sonra yoldaşımın müəyyən dərmanlardan istifadə etməsinin vacibliyini vurğuladı.”

 
İcmal.Az

RƏYLƏR