Bakıda intihara cəhdin qarşısı alınıb.
İcmal.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər intihar məqsədilə doqquzmərtəbəli yaşayış binasının damına çıxıb.
Hadisə yerinə gəlmiş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşla müvafiq söhbətlər aparıb və onu intihar etmək fikrindən daşındırıblar.
Əməliyyat başa çatıb.
İcmal.Az