Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

OXUNUB: 946 Özəl İQTİSADİYYAT
6-7 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən paytaxtda "Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq. Yarmarka 2 gün müddətində Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik” metro stansiyasının yanı) ünvanında saat 09:00-dan 19:00-dək fəaliyyət göstərəcək.
Müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər burada yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar. Yarmarkada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan alıcılar Səyyar Qida Laboratoriyasının xidmətlərindən faydalana biləcəklər.
Yarmarkada ümumilikdə 20-dək regiondan 40-a yaxın fermerin iştirakı gözlənilir. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Qeyd edək ki, yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunacaqlar. "Kənddən Şəhərə” yarmarkalarında iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

RƏYLƏR