Bakıda qapı-pəncərə sexində kütləvi dava zamanı fəhlə bıçaqlanıb.
Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 5 ünvanında yerləşən qapı-pəncərə sexinin 5 əməkdaşı arasında əlbəyaxa dava olub.
Nəticədə 1966-ci il təvəllüdlü Fərhadzadə Hüseyn Zəfərqulu oğlu bıçaqlanıb. O, aldığı xəsarətlərə görə, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis bölməsinin əməkdaşları əraziyə cəlb edilib.
Bir nəfər şübhəli şəxs qismində saxlanılıb./report
İcmal.Az