Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
İcmal.Az apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Toğrul Mehdizadə idarə etdiyi "Lexus” markalı, 10 ST 908 dövlət nömrə nişanlı maşınla yolu keçən 1987-ci il təvəllüdlü Ramil Ağayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
İcmal.Az