Bakıda minik avtomobili qatarla toqquşub, xəsarət alanlar var - FOTO

OXUNUB: 589 HADİSƏ

Bakının Xəzər rayonunda minik avtomobili ilə qatarın toqquşması ilə nəticələnən yol qəzası baş verib.

 Qala qəsəbəsində qatar dəmir və avtomobil yolunun kəsişdiyi yerdən keçən zaman yüksək sürətlə gələn "Mitsubishi" markalı maşın ona çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü və sərnişini xəsarət alıb. Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxana həkimlərinin verdiyi məlumata görə, 1998-ci il təvəllüdlü Hüseynov Həsən Firdovsi oğlunun vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib./report

 

İcmal.Az

 


RƏYLƏR