Bakının Sabunçu rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Rayonun Albalılıq qəsəbəsində, "Aidə park"ının yaxınlığında yolu keçmək istəyən təxminən 35-40 yaşlı kişini naməlum markalı avtomobil vurub. Sürücü hadisə yerindən uzaqlaşıb.
Yaralı təcili yardım vasitəsilə xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb./report
İcmal.Az