Bakıda peyda olan “Qulyabani” qorxutmaq əvəzinə güldürdü – FOTO + VİDEO

OXUNUB: 870 ŞOU-BİZNES

Ötən gün "Gənclik Mall” TM-də yerləşən Azərbaycanın "CinemaPlus” premium kinoteatrında komediya janrında olan "Qulyabani” filminin qala gecəsi keçirilib.

Tədbirdə filmdə rol alan aktyorlar, dəvət olunan qonaqlar, media nümayəndələri iştirak ediblər.

Ekran işinin nümayişindən əvvəl foyedə qonaqlar üçün furşet təqdim olunub. Daha sonra qonaqlar filmin qəhrəmanları və "Qulyabani” ilə şəkillər çəkdiriblər.

Filmin rejissoru Pərviz Həsənovdur. Filmdə rolları Əlibəy Məmmədli, Nofəl Şahlaroğlu, Emine Kaykun, Gülarə Məmmədova, Ceyhun Məmmədov ifa ediblər.

Filmin süjet xəttinə görə, Azərbaycan meşələrində peyda olan qulyabanini lentə almaq üçün Türkiyədən gələn jurnalist bu məqsədlə yoldaşlarından kömək istəyir. İşin başında böyük mükafatın olacağını düşünən iki dələduzun türk jurnalistə saxta qulyabani sırımaq oyunu planlaşdırdıqları kimi getmir.

Qızların əvəzinə kənd camaatını qorxudan qulyabaninin ovuna kəndlilər də qoşulur. Bir tərəfdən qəzəbli kəndlilərin əlindən yaxa qurtarmaq, digər tərəfdən, yalanlarının üstünün açılacağı qorxusu qarşısında gücsüz qalan gənclərin bundan yaxa qurtara bilməsi imkansız görünür./oxu

 

İcmal.Az

RƏYLƏR