Bakı. 27 aprel. / Bakı şəhəri, Binəqədi rayonunda evdən oğurluq olub.
“Report”u xəbərinə görə, Azadlıq prospektindəki evlərdən birində yaşayan 1977-ci il təvəllüdlü Aytən Axundovanın mənzilindən 6 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Hadisə A.Axundovanın evdə olmadığı vaxtda baş verib
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırmalar aparılır.