İki gün əvvəl Bakıda baş vermiş ağır yol qəzası nəticəsində ölən şəxsin kimliyi müəyyənləşib.
İcmal.Az Lent.az-a istinadən xəbər verir ki, noyabrın 25-də, saat 4:00 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Dinar Fardilonun idarə etdiyi "Range Rover” markalı avtomobillə vurub öldürdüyü şəxsin 1964-cü il təvəllüdlü Mehdiyev Oqtay Əsgərxan oğlu olduğu məlum olub.
Qeyd edək ki, yolu keçərkən "Range Rover”in altında qalan piyada hadisə yerində ölmüşdü.
Faktla bağlı Nərimanov RPİ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
İcmal.Az