Bakıda sahibsiz itlər uşağa hücum edərək başından dişləyiblər

OXUNUB: 635 HADİSƏ

 Bakının Nərimanov rayonunda itdişləmə hadisəsi baş verib.

 2008-ci il təvəllüdlü Məsimov Mirağa Zöhrab oğlu M.Nərimanov küçəsi ilə gedərkən sahibsiz itlərin hücumuna məruz qalıb.

Heyvanlar onun baş və boyun nahiyələrindən dişləyiblər. Çoxlu qan itirən yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, xəstəxanada cərrahi əməliyyat olunub. Həkimlər uşağın vəziyyətini stabil ağır kimi qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR