Bakıda gənc qızı vuran avtomobil sürücüsü hadisə yerindən qaçıb.
İcmal.Az "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.
Binə qəsəbəsində yolu keçmək istəyən 1997-ci il təvəllüdlü Dadaşova Zəhranı "Jeep" markalı avtomobil vurub. Z.Dadaşova hadisə zamanı ağır kəllə-beyin travması alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. O, faktla bağlı axtarışdadır.
İcmal.Az