Bakıda sürücü qaydanı kobud şəkildə pozaraq zəncirvari qəzaya səbəb olub - FOTO

OXUNUB: 673 HADİSƏ

Bakının Nəsimi rayonu ərazisində zəncirvari yol qəzasa baş verib.

Qəzaya Mirəli Qaşqay küçəsində yol nişanının tələbinə əməl etməyən "90-NA-690" dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobilin sürücüsü səbəb olub.

O, Abbasqulu Ağa Bakıxanov küçəsində yüksək sürətlə hərəkət edən "BMW" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən BMW də yol kənarında dayanmış "99-CE-514" dövlət qeydiyyat nişanlı "Opel"ə dəyib. Hadisə nəticəsində hər üç avtomobil deformasiyaya uğrayıb.

Qəza yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Baş vermiş qəza ilə əlaqədar avtotexniki ekspertiza təyin edilib. Avtomobillər cərimə meydançasına yerləşdirilib./report

 

İcmal.Az



RƏYLƏR