Bakıda sürücünün sükan arxasında yuxulaması qəzaya səbəb olub.
Yol-nəqliyyat hadisəsi Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində baş verib.
Əliyev Elçin Fəxrəddin oğlu idarə etdiyi "90-VV-636" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən sükan arxasında yuxuya gedib. Nəticədə sürətlə hərəkətdə olan avtomobil yol kənarındakı obyektin reklam üçün nəzərdə tutulmuş daş lövhəsinə çırpılıb. Avtomobilin təhlükəsizlik yastıqları açıldığından sürücü xəsarət almayıb. Amma avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qəzaya uğrayan minik vasitəsi cərimə meydançasına yerləşdirilib./report