Bakıda"3 Tac” ("Tri koronı”) adlanan binaların qarşısında yerləşən gölün ərazisi qurudulur.
7News.Az-ın xəbərinə görə, bu barədə ekspert Xalid Ağaliyev məlumat yayıb.
"Son illərdə dəfələrlə həmin ərazidə hansısa tikinti işlərinin aparılmasına cəhdlərin olduğu, ancaq insanların etirazları sayəsində gölün qurudulmasının önləndiyi deyilir. Yadımdadır ki, 5-10 il əvvəl gölün ətrafının parka, istərahət güşəsinə dönüşdürüləcəyi ilə bağlı açıqlamalar olmuşdu, lövhəciklər asılmışdı. İndi görünən budur ki, ərazidə pandemiya və son günlər dövlət sərhəddimizdə yaşanan görginliyin kölgəsində rahatlıqla tikinti işlərinə start verilib. Əlavə edilən fotolardan birincisi 5-6 gün əvvələ aiddir. İkinci foto isə dünən çəkilib (Matin Rahimli yayıb). 5 gündəki dəyişim dərhal nəzərə çarpır.
Nəzərə çarpan yaşıllığın məhv edilməsidir. Birinci fotodan azı 2-3 yaşlı 20-dək ağac görünür. İkinci fotoda isə ağac, yaşıllıdan əsər-əlamət qalmayıb. Əlaqəli qurumların, eləcə də Ekologiya Nazirliyinin bu məsələyə açıqlıq gətirməsi lazımdır. Digər məsələ. Ərizədə hansı işlərin görüləcəyi bəlli deyil. Sosial mediada yayılan bilgilərə görə, orda göl qurudulacaq və ya kiçildiləcək, bina tikiləcək. Bundan başqa ərazidəki otelin genişləndirildiyini deyənlər də var. İctimaiyyətin ərazidə hansı işlərin görülməsinin planlanması barədə bilmək haqqı var. Yerli icra hakimiyyəti, eləcə də, Bakı şəhər İcra Hakimiyyəti buna açıqlıq gətirmək vəzifəsi daşıyır. "İnformasiya əldə edilməsi haqda” qanun həmin qurumların üzərinə vəzifə qoyub ki, əmr, sərəncam və qərarlarını hamının görə bilmıəsi üçün qüvvəyə mindiyi gündən saytlarına daxil etsinlər” – X.Ağaliyev qeyd edib.
Yasamal Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, "Tri Koronı” kimi tanınan binaların yaxınlığında heç bir tikinti işləri aparılmır.
Qeyd olunub ki, hazırda həmin ərazidə abadlıq işləri aparılır: "Ərazi abadlaşdırılır, tullantılardan təmizlənir. Bəzi media orqanlarında iddia olunduğu kimi, heç inşaat yoxdur, göl qurudulmur".