Bakıda xarici ölkə vətəndaşı qəza törədib, ölən və yaralanan var

OXUNUB: 681 HADİSƏ

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Suraxanı rayonu ərazisində, Zığ şosesində qeydə alınıb.

Gürcüstan vətəndaşı, 1981-ci il təvəllüdlü Balısnıy Aleksandrın idarə etdiyi "Mercedes" markalı avtomobil şosedə əks istiqamətdə hərəkət edərək qarşıdan gələn, Məmməd Söhrab Şöhrət oğlunun idarə etdiyi "Ford" markalı yük avtomobilinin yoluna çıxıb. Nəticədə "Mercedes" "Ford"la toqquşub.

Hadisə zamanı "Ford" avtomobilinin sürücüsünün ayağı sınıb. Mercedes" markalı avtomobilin sürücüsü isə deformasiyaya uğramış nəqliyyat vasitəsində ağır xəsarət alaraq ölüb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. FHN əməkdaşları "Mercedes"in sürücüsünün meyitini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əraziyə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub./report

 

İcmal.Az


RƏYLƏR