Bakıda yeniyetmə itkin düşüb - FOTO

OXUNUB: 732 HADİSƏ

Bakının Buzovna qəsəbəsində 15 yaşlı oğlan itkin düşüb.

İcmal.Az xəbər verir ki, həmin şəxsin qohumunun verdiyi məlumata görə, 28 noyabr 2002-ci ildə anadan olan Cəfərov Tariyel Vüqar oğlu aprelin 4-də axşam 8:00-da evdən çıxıb.

Yaşadığı Buzovna qəsəbəsi, Koroğlu küçəsindəki evdən qonşuya süd aparmaq üçün çıxan yeniyetmə geri qayıtmayıb.

Həmin uşağı görən şəxslərdən (012) 553-03-64 (Atası Cəfərov Vüqar Qərib oğlu) və ya Xəzər rayon Polis İdarəsinin (012) 454-02-02 nömrəsinə xəbər vermələri xahiş olunur.

 

İcmal.Az

RƏYLƏR