"Bank of Baku"dan narazılıq: Keşbek limitini 3 dəfə azaldıb

OXUNUB: 857 İQTİSADİYYAT BANK
"Bank of Baku” keşbek limitlərini kəskin endirib. 

Bank "Bolkart” üzrə aylıq maksimal keşbek limitini əsas xidmət kateqoriyaları üzrə 3 dəfədən çox azaldaraq 30 manata endirib.

Bundan əvvəl isə "Bolkart” üzrə maksimal keşbek limiti 100 manat müəyyən edilmişdi.

Bu isə bankın müştərilərinin narazılığına səbəb olub. Müştərilər bildirirlər ki, əvvəlki qayda ilə 1000 manat alış-veriş üçün 30 manat keşbek əldə ediblərsə, indi bu, 30 qəpiyə düşüb. Bu isə onları digər bankların alternativ təkliflərinə yönləndirir. 

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i "NAB Holdinq"ə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik, "AFB Bank" ASC-nin isə 99,6%-lik səhmdarı), 28,9%-i "Azpetrol Neft Şirkəti” MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

RƏYLƏR