Banklarla bağlı Vergilər Nazirliyinə müraciət edilib

OXUNUB: 683 İQTİSADİYYAT

Azərbaycanda fəaliyyət göstərən banklar vergi ödəyicisi olan hüquqi şəxslərin dövlət müəssisəsi olub-olmadığını müəyyən edə biləcək.

İcmal.Az  xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyası "Komplayns Ekspert” Qrupunun təşəbbüsü ilə Vergilər Nazirliyinə bununla bağlı rəsmi müraciət edilib.

Nazirlik müraciəti müsbət qarşılayıb və banklar müəssisələrin dövlətə məxsus olub-olmadığını müəyyən edən müvafiq sistem təminatı ilə təmin olunub.

Xatırladaq ki, dövlət müəssisəsi nizamnamə fondunda dövlətin payı 30% və daha çox olan müəssisə və təşkilatlar hesab edilir.

İcmal.Az

RƏYLƏR