Baş nazir bu gün “Məhşər ayağı”na çəkilir

OXUNUB: 625 DÜNYA
Bu gün Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiya səfər edib.
 
BNEWS.az xəbər verir ki, bunu Nikol Paşinyanın mətbuat katibi Tiqran Avinyan bildirib. Belə ki, mayın 14-də Rusiyanın Soçi şəhərində dövlət başçılarının Avrasiya İqtisadi İttifaqı Ali Şurasının iclası keçiriləcək. Bu görüşün də həmin toplantı çərçivəsində reallaşacağı gözlənilir.
 
Qeyd edək ki, mayın 8-də Ermənistan parlamentində baş nazir seçkisinin ikinci turu keçirilib. Bu posta yeganə namizəd Nikol Paşinyan baş nazir seçilib.
 
Xatırladaq ki, mayın 1-də keçirilən brinci turda o lazım olan 53 səsi toplaya bilməmişdi.
 
İcmal.Az

RƏYLƏR