Baş redaktordan DİN-ə sərt ittiham: "Postun rəisi Fikrət Cavadov öz anasını, arvadını yol maşını ilə yola salarmı?"

OXUNUB: 459 GÜNDƏM HADİSƏ
7NEWS.az xəbər verir ki, bu barədə "Elçi" qəzetinin baş redaktoru Əli Həziquliyev məlumat verib: "Bugün məni Ələt buraxılış məntəqəsindən geri qaytardılar. Ötən ayın 21 dən anamı göndərişlə Bakıya xəstəxanaya gətimişdim. 3 saylı Şəhər Klinik Xəstəxanasında stasionara yatızdırdılar. Korona sonrası təzyiq problemləri yaranmışdı. Şükürlər olsun ki, adlada bildik. Epiqriz əlimdə, göndəriş əlimdə, post buraxmır ki, olmaz. Ananız gedə bilər, amma onu siz apara bilməzsiz. Yol maşınıyla yola salın. #DİN qaynar xəttinə zəng vurdum. Eynisini onlarda dedi. Operativ Qərargahın qərarı beləymiş yani. Yəni qərar verıblərmiş ki, 80 yaşlı xəstə anasını ailə üzvü daşıya bilməz, əyləşdirməlidir hansısa yollarla şəhərə girib çıxan xəstə olub olmaması məlum olmayan digər tanımadığı şəxsin maşınına və yola salmalıdır öz evinə. Sizcə belə anormal qərar verilibsə, bu qərarı icra edən polis işçiləri öz 80 yaşlı xəstə anasını başqa tanımadıqları yol maşınına otuzdurarlarmı? Və ümumiyyətlə mən anamı öz yaşadığı ünvana necə yola salmaliyam? Xahiş edirəm bu mövzunu bilənlər bir yol göstərsin. Əvvəlcədən bildirim ki, bunun üçün kimdənsə xahiş etmək, və qeyri qanuni yollar axtarmayacam. Sadəcə belə bir stisuasiyada vətəndaşın nə etməli olduğunu bilmək istəyirəm. 
P.S. Yeri gəlmişkən postda rəis dedikləri Cavadov Fikrət Qafar oğlu mənim vəziyyətimə düşərsə öz anasını, anası haqq dünyasındadırsa öz arvadını yol maşınıyla göndərərmi? Adam polis olanda nolar, inkubator uşağı deyilsiz ki, yerində qiymətləndirmə aparıb qərar vermək qabiliyyətinə malik olmalıdır bu işə təyin olunanlar. İstirahətə gedənlə 80 yaşlı anasıyla gedəni ayırd edə bilməyənin xüsusilə belə bir yerə təyin etmək, nə bilim vallah."
7NEWS.az

RƏYLƏR