İcmal.az xəbər verir ki, bu sözləri "Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev Qüdrət Həsənquliyevlə Müdafiə Nazirliyi arasında yaşayan gərginliyə münasibət bildirərkən deyib: "Müdafiə Nazirliyi deyilən qurum qeyri ciddi açıqlamaları ilə nə zamanacan gündəmi zəbt edəcək? Kişilər yığışıb millət vəkilinin açıqlamasına reaksiya veriblər. Birincisi, sizin cavab verməli olduğunuz mövzu "Pikap” olmalıdır ki, bu qotur qərarınızla milləti özünüzə güldürdünüz. Hələ də bu zibilinizi təmizləməklə məşğuluq. İkincisi, Qüdrət Həsənquliyevin açıqlamasına reaksiya verməmişdən qabaq, bu açıqlamanı oxumaq lazım idi. Üçüncüsü, Zakir Həsənov, sən nazir şərəfini təyin olunduğun gün maşınının yük yerinə Qərargah rəisi tərəfindən paket qoyulan kimi itirdin. Bodrumda onun sənə öz qonşuluğunda hədiyyə etdiyi evdə dədə malı kimi şellənəndə itirdin, o olmayanlarını. Get ermənilərlə uğraş, hərçənd bunu etmək üçün insana lazım olan şeyini çoxdan itiribsən. Cənab müdafiə naziri, söhbət bu ermənidən gedir, əsgərimizlə Qarabağda qarşılaşsa neyləməlidir? Onu deyin bilək! Başa düşürük, rusiyadakı böyüyünüzdən göstəriş alıbsız, amma bu qədər də yox.”
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
İcra başçısından mikrafonla danışmağı tələb edən şəxs cəzalandırılıb
02.05.2024, 18:28 / HADİSƏ -
-
"Baboşu" bahalı "Gelandewagen"lə görməyə gələn şəxs barəsində cinayət işi başlanılıb - VİDEO
28.04.2024, 14:44 / HADİSƏ -
"La Corne Hotel" biabırçı problemlər - Onlar bizi xarici qonaqların yanında üzü qara edir?
27.04.2024, 10:36 / HADİSƏ -
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
27.04.2024, 10:27 / HADİSƏ -
Anar Tağıyev kimlərə güvənir ki belə məsuliyyətsizlik edir?
26.04.2024, 16:38 / HADİSƏ -