Baxçalı Ərdoğana daha beş il dəstək verəcək

OXUNUB: 695 DÜNYA

MHP lideri Dövlət Baxçalı Ərdoğana daha beş il dəstək verəcəklərini açıqlayıb.

O, bunu bu gün partiyasının TBMM-dəki ənənəvi qrup toplantısında çıxışı zamanı deyib.

D.Baxçalı bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2019-cu il prezident seçkilərində MHP tərəfindən dəstəklənə biləcəyi ilə bağlı dünənki açıqlamasının arxasındadır və bu dəstək daha beş il, 2019-dan 2024-cü ilə qədər də davam edə bilər:

"Bu dəstək və qatqımız 2019-cu ildə keçiriləcək prezident və parlament seçimlərində də mütləq davam edəcək. Hətta 2019-dan sonrakı beş il boyunca da yeni sistemin oturuşmuş hala gəlməsi üçün sürəc birliyinin, əxlaqi ittifaqın gərəyini könül hüzuru ilə davam etdirəcəyik”.

İcmal.Az

RƏYLƏR