Bərdədə bazarda yanğın olub, iki kafe yanıb

OXUNUB: 504 HADİSƏ

Bərdə rayonunda bazarda yanğın başlayıb. 

Yanğın rayonun Alpout kəndi ərazisndə yerləşən "mal bazarında" kafelərdən birində başlayıb. Qısa müddətdə genişlənən yanğın yaxınlıqda yerləşən digər kafeyə keçib. Nəticədə iki kafe tamamilə yanaraq yararsız hala düşüb. 

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğın söndürülüb.

Yanğının baş vermə səbəbi və sahibkarlara dəyən ziyan araşdırılır./report

 

İcmal.Az

RƏYLƏR