"Yağış yuyur, gün qurudur" adlı şeirə daha əvvəl Mehriban Zəki və Cavidan Fatihi də müraciət etmişdi. Sivvanın ifası və oxu tərzi isə seçilir. Melodiya dünyaca məşhur Stingin "Shape of my heart" mahnısını da xatırladır.
Mahnıya yağışlı havada, Şıxovda gəmilərin fonunda klip də çəkilib. Ekran işində sənətçinin sadə, lakin fərqli obrazı diqqət çəkir. Əsl indiki havaların mahnısını dinləməyə dəyər.
























