İncəsənət Məktəbində tədbir keçirilib - FOTOLAR

OXUNUB: 1763 Özəl MƏDƏNİYYƏT
17.03.2025-ci il tarixdə Şəhid F.Qasımov adına U.İ.M.-in Nəzəriyyə Şöbəsinin müəllimi Xəlilova Aygün Natiq qızının təşkilatçılıgı və rəhbərliyi ilə,həmçinin M.İ.H.İ. Mingəçevir şəhər Komitəsinin yaxından dəstəyi ilə Elnarə xanım Səmədovanın rəhbərlik etdiyi saglamlıq imkanları məhdud,lakin xüsusi istedadlı uşaqların iştirakı ilə çox təsirli,biraz kədərli bir İNSANLIQ hekayəsini dinlədik !!!
Fiziki məhdudiyyətli uşaqların rəqs etmələri, mahnı oxumaları,şeir söyləmələri tamaşaya gələn hər bir kəsdə xüsusi təəssürat oyatdı!
Uşaqlar cəmiyyətə ,,bizi unutmayın" mesajı verdilər!
Sonda iştirakçılara və təşkilatçılara Həmkarlar Komitəsi adından hədiyyə və təltiflər təqdim edildi.
Tədbirin yüksək səviyyədə təşkili üçün Aygün Xəlilovaya,Elnarə Səmədovaya,İlahə İsmayılovaya,Murad Kərimova,Elçin Rəşidova Şəhid F.Qasımov adına U.İ.M.-in Həmkarlar Komitəsiadından Təşəkkür elan edilsin!

    Həmkarlar Komitəsinin sədri-
    - Nürəddin Rüstəmov
 
 






 

RƏYLƏR