Beyləqan və İmişli gəncləri Əsli Kazımovanı dəstəkləyir

OXUNUB: 2453 SOSİAL
Azərbaycan Sosial Rifah Partiyasının 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən  namizədliyi irəli sürülmüş Əsli Kazımova  seçki kampaniyası çərçivəsində Beyləqan və İmişli rayonundan olan gənclərlə görüşüb. Görüş zamanı rayon gəncləri qarşısında çıxış edən Əsli Kazımova ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılmış şəraitdən yararlanmalarına qarşı bölgələrdə olan süni maneələrin aradan qaldırılmalı olduğunu vurğulayıb.
 "Sizlər Azərbaycanın gələcəyisiniz və ölkəmizin gələcək inkişafı məhz sizin əlinizdədir. Dövlət səviyyəsində gənclərin inkişafı, onların işlə təmin olunması, müxtəlif layihələrdə iştirakı üçün proqramlar hazırlanıb və icra olunmaqdadır. Ancaq təəssüf ki, bəzi hallarda bölgələrdə yaşayan gənclərimiz bu proqramlardan tam mənası ilə faydalana bilmirlər. Gənclərimizin bir çoxu məlumatsızdır, bəzən isə onların qarşısında süni maneələr yaradılır. Söz verirəm ki, İmişli və Beyləqan rayonlarının gənclərinin hərtərəfli inkişafı üçün əlimdən gələni əsirgəmiyəcəyəm” deyə partiya funksioneri vurğulayıb. Eyni zamanda, Əsli Kazımova dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə başlayan yeni islahat dalğasından söz açıb, islahatların gənclərə yeni imkanlar vəd etdiyini bildirib. Səmimi müzakirə şəraitində keçən görüşdə gənclər qarşılaşdıqları problemlər, onları maraqlandıran məsələlərlə bağlı Əsli Kazımovaya müxtəlif suallar ünvanlayıblar. Deputatlığa namizəd gəncləri maraqlandıran hər bir məsələ ilə bağlı geniş açıqlama verib. Rayon gəncləri 9 fevral növbədənkənar parlament seçkilərində fəallıqla iştirak edəcəklərinə və gənc namizəd Əsli Kazımovanı dəstəkləyəklərini bir ağızdan səsləndırıblər.



RƏYLƏR