İcmal.Az Faktor.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan fotolarda xəstəxananın acınacaqlı durumu göz önünə sərilib. Səhiyyənin bu dərəcədə inkişiaf etdiyi, tibbi texnologiyaların ölkəmizdə də irəli getdiyi bir zamanda bu vəziyyətdə olan xəstəxanaların passient qəbul etməsi nə dərəcədə doğrudur?
Baxımsızlıqdan bütünlüklə yararsız hala düşmüş xəstəxananın sonuncu dəfə nə zaman təmir olunduğu və yeni avadanlıqlarla təchiz edildiyi bəlli deyil. Bu cür xəstəxanaların fəaliyyəti istər çalışan həkimlər üçün, istərsə də orada müalicə alan xəstələr üçün təhlükəlidir.
Yayılan fotolarla bağlı xəstəxana ilə əlaqə yaratmağa çalışsaq da mümkün olmadı.
Xatırladaq ki, xəstəxananın baş həkimi Elman Mirzəyev ötən günlərə dünyasını dəyişən məşhur genekoloq Səbinə Mirzəyevanın atasıdır.
İcmal.Az