Bir ayda ölkəyə bir milyard manat sərmayə yatırılıb

OXUNUB: 763 İQTİSADİYYAT

2018-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 960,3 milyon manat vəsait yönəldilib.

 362,7 milyon manatı və ya 37,8 faizi qeyri-neft sektoruna sərf edilib.

Bu sektorda investisiyaların həcmi ötən illə müqayisədə 68,0 faiz artıb. 

Ümumi sərmayənin 72,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

İstifadə olunan vəsaitin 83,5 faizi məhsul istehsalı obyektlərinin, 11,0 faizi xidmət sahələri üzrə obyektlərin, 5,5 faizi isə ümumi sahəsi 121,0 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 52,1 faizini təşkil edib. 

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 81,4 faiz, bank kreditləri 6,7 faiz, büdcə vəsaitləri 6,1 faiz, əhalinin şəxsi vəsaitləri 5,2 faiz, büdcədənkənar fondların vəsaitləri isə 0,6 faiz təşkil edib./oxu

İcmal.Az

RƏYLƏR