Bitcoin yenidən enişdədir: 16 min dollardan aşağı DÜŞÜB

OXUNUB: 211 Özəl İQTİSADİYYAT
FTX birjasının iflası ilə başlayan kriptovalyutada eniş tendensiyası davam edir. Bitcoin yenidən 16 min dollardan aşağı düşüb.

7NEWS.az xəbər verir ki, FTX birjasının dağılmasından sonra kripto-aktiv dünyasında eniş davam edir. FTC xəbərləri ilə 16 min dolların altına düşən Bitcoin, daha sonra 17 min limitə əsaslanaraq toparlanaraq yenidən 15 min 800 səviyyəsinə düşdü. Bitkoin ötən həftə 15 682 dollar səviyyəsinə enərək son 2 ilin ən aşağı nöqtəsinə çatıb.

Kripto aktiv bazarının mühüm vahidlərindən biri olan Ethereum 1170 dollar səviyyəsindədir.

7NEWS.az

RƏYLƏR