"Bitcoin"in müdiri qaçırıldı - Valyuta bazarı təşvişdə

OXUNUB: 569 DÜNYA

"Exmo Bitcoin” şirkətində analiz şöbəsinin müdiri işləyən Pavel Lerner Ukraynanın paytaxında maskalı şəxslər tərəfindən qaçırılıb.

Hadisə barədə Kiyev polisi məlumat yayıb.

Polis qaçırılma olayını təsdiqləsə də, qaçırılan şəxsin kimliyinin məlum olmadığını bildirib.

Şirkətdən verilən açıqlamada isə qaçırılma hadisəsinin "Bitcoin”in bazarına təsir etmədiyi, P.Lernerin isə kripto-valyutadan istifadə edən şəxslərə dair hər hansı məlumat bilmədiyi deyilib.

Virtual valyutanın təməl daşlarından olan "Blockchain” texnologiyasının ən nüfuzlu mütəxəssislərindən olan P.Lernerin qaçırılma xəbəri valyuta bazarında çaxnaşma yaradıb. Böyük Britaniyada qeydiyyatdan keçirilən, ancaq mərkəzi Ukraynada yerləşən "Exmo” şirkətinin verdiyi bilgilərə görə, dünyada 94955 nəfər kripto-valyuta işlərini məhz bu şirkət vasitəsilə həll edir./publika

İcmal.Az

RƏYLƏR