“Bozun əlli çaları” erotik filminin ULDUZU BAKIDA - FOTO

OXUNUB: 1115 ŞOU-BİZNES

"Bozun əlli çaları” filmi ilə ölkəmizdə tanınan dünya şöhrətli aktyor Ceymi Dornan Bakıya gəlib.

Onun Azərbaycana gəliş səbəbi dünyaca məşhur brendlərin birinin reklam çəkilişidir. Aktyor hazırda "Four seasons hotel”də qalır. Dünən hoteldə keçirilən Caz konserti zamanı müğənni Rilaya Hüseynzadə və azərbaycanlı model Aysel Manafova onunla şəkil çəkdirib, sosial media hesablarında paylaşıblar.

Qeyd edək ki, aktyor çəkildiyi "Bozun əlli çaları" film seriyası erotik səhnələrinə görə xeyli tənqid olunmuşdu./publika

İcmal.Az

RƏYLƏR