Britaniyalı milyonçu təyyarə qəzasında öldü

OXUNUB: 554 DÜNYA

Avstraliyada yüngül motorlu DHC-2 Beaver təyyarəsinin çaya düşməsi nəticəsində Böyük Britaniyanın "Compass Group” şirkətinin icraçı direktoru Riçard Kazins və yaxın qohumları ölüblər.

Hadisə dekabrın 30-da baş verib.

Əlli ölkədə fəaliyyət göstərən "Compass Group” zavodlara, məktəblərə, universitetlərə, xəstəxanalara, həbsxanalara, idman obyektlərinə və neft platformalarına ərzaq çatdırılması ilə məşğuldur. İl ərzində şirkət dörd milyarda yaxın insana xidmət göstərir./oxu

İcmal.Az

RƏYLƏR