"Bu dərddən xilas olmaq istədim..." - Bahar Lətifqızı - VİDEO - FOTO

OXUNUB: 917 ŞOU-BİZNES

ARB Ulduz-un "Virtual Həyat" proqramının növbəti qonağı müğənni Bahar Lətifqızı olub.

Müğənni, ilk olaraq, özünü rahat hiss etməsindən danışıb:

"Sadəcə, səhnə üçün bunu etdim. Geyimlərə qarşı artıq kompleksim yaranmışdı. Hərdən elə olurdu ki, şişmanlığıma görə oxuyanda fikrim özümdə olurdu və deyirdim ki, mən niyə pis görünürəm".

Tamaçısıları üçün həkim yanına getdiyini bildirən sənətçi, bıçaq altına məhz bu səbəbdən yatdığını söyləyib:

"Deyirdilər ki, Bahar xanım niyə belə şişman paltarlar geyinir. Ona görə də, bu dərddən xilas olmaq istədim".

Sənətdə çətinliklərlə üzləşdiyini deyən Bahar Lətifqızı qızının bu sahəyə gəlməsini qətiyyən istəmədiyini də vurğuladı.

Bahar Lətifqızı ilə olan geniş reportajı bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz./milli

İcmal.Az

RƏYLƏR