Bu firmanın dondurmalarını almayın: Azərbaycanda “A-Klass”ın istehsalına qadağa qoyulub

OXUNUB: 3678 Özəl Seçilmiş Önəmli
Azərbaycanda fəaliyyət göstərən dondurma şirkəti müştəriləri aldadıb.

Teref.info Minval.info-ya istinaden xəbər verir ki, mağazaların birindən dondurma alan alıcı fırıldağın şahidi olub. O, məhsulu alarkən istehsal tarixinə baxdıqda təəccüblənib. Belə ki, bu gün satılan dondurmanın aprelin 1-də istehsal olunduğu yazılıb.

"A-Klass” dondurmaları "A.Y.S-60” MMC tərəfindən hazırlanır.

Qeyd edək ki, ötən il İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilib ki, "A.Y.S-60” MMC-nin istehsal etdiyi "Südlü” klassik və "A-klass” dondurmalarında bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilib. və istehsal qadağan edilib.
Azərbaycanda istehsalına qadağa qoyulan dondurma satılır – Həm də tarix saxtakarlığı ilə – FOTOFAKT

RƏYLƏR