2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirəcək.
Komandamız saat 20:00-da Bakı İdman Sarayında Moldova futzalçıları ilə qarşılaşacaq.
İdman TV-dən canlı yayımlanacaq oyunu idarə edəcək hakimlər Ondrey Çerny (Çexiya), İngus Puriņş (Latviya), İngo Heemsothdur (Almaniya).