Rusiyanın "Rapunzel"i kimi tanınan Daşik Qubanova sosial şəbəkələrin yeni fenomenidir.
İcmal.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, D. Qubanova 15 ildir saçlarını kəsmir. 2003-cü ildən bu günə kimi saçına qayçı dəyməyən gənc qadın bu ənənəni uzun illər davam etdirmək istəyir.
Qeyd edək ki, D. Qubanova ailəlidir, bir qız övladı var.
İcmal.Az