“Bu, Rusiya ilə sürətli müharibə deməkdir” - XƏBƏRDARLIQ

OXUNUB: 623 DÜNYA

Rusiya Hərbi Elmlər Akademiyasının müxbir üzvi, politoloq Sergey Sudakov ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarının mümkün nəticələrindən danışıb.

Russia Today” telekanalına açıqlama verən politoloqun sözlərinə görə, sanksiyalar Rusiyaya təsir alətlərdən yalnız biridir.

"ABŞ-ın maliyyə naziri artıq dəfələrlə deyib ki, Rusiyaya təzyiqi artırmaq lazımdır. İndi ölkəmiz prezident seçkiləri ərəfəsində zəif dövründədir. Bu, elə bir vaxtdır ki, düşmən ölkəmizə müəyyən zərbələr vura bilər. Yeni sanksiyalar bütovlükdə Rusiyanın maliyyə sistemini pisləşdirmək üçün tətbiq edilir. Sanksiyalar təzyiq alətlərindən biridir. ABŞ onları tətbiq etməklə tam sürətli ticarət müharibəsi aparır”, - o, deyib.

Sergey Rudakovun sözlərinə görə, Rusiyaya qarşı çoxfaktorlu təzyiq olacaq. Amma, politoloqun fikrincə, bu çıxılmaz vəziyyətdən çıxış yolu var:

"Bütün sanksiyalar əks effekt yaradır. Hətta ABŞ hesab edirsə ki, qısamüddətli mərhələdə uda biləcək, bu mümkün deyil. Rusiya asimmetrik addımlar atmalıdır. Yalnız ABŞ-a təsir etmək və hansısa ayıldıcı təsir göstərmək olar. Çünki canavarı hücum etməməyə inandırmaq olmaz, onu güllə ilə vurmaq və ya ağır yaralamaq lazımdır”.

Daha əvvəl Ağ Evdə brifinq zamanı ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirdi ki, onun idarəsi Rusiya barəsində yeni sanksiyalar üzərində işləyir. ABŞ tezliklə Rusiya oliqarxlarına qarşı yeni sanksiyaları tətbiq edəcək.

Eyni zamanda Rusiyanın "Kommersant” qəzetinin yazdığına görə, ABŞ administrasiyası Konqresə Rusiyanın ali rəhbərliyinə yaxın məmurlar və biznesmenlərin siyahısını təqdim etməyə hazırlaşır. Onların sayı 50-dən çox, ailə üzvlərinin sayı ilə birlikdə isə 300-ə qədər ola bilər.

Nəşrin məlumatına görə, "qara siyahı”ya düşmə sanksiyalara avtomatik məruz qalma anlamına gəlmir, amma bu, riski artırır.

Qeyd edək ki, "Kreml hesabatı” adlandırılan sənədin yanvarın 29-da açıqlanacağı bildirilir./publika

İcmal.Az

RƏYLƏR