Bu şəhərdə tanınmış dramaturqların büstləri baxımsız vəziyyətdə qalıb - FOTO (ÖZƏL)

OXUNUB: 421 SOSİAL

Gəncədə tanınmış dramaturqların xatirəsinə ucaldılan bəzi büstlər baxımsız vəziyyətdədir.7NEWS.az-ın yerli bürosunun verdiyi məlumata gör, 5-ci mikrorayon Üzeyir Hacıbəyov küçəsində yerləşən Nizami Gəncəvinin büstünün altı dağılmış vəziyyətdədir. Məmməd Bürcəliyev küçəsindəki köhnə dram teatrın həyətində Abbas Səhhətin və Cəfər Cabbarlının büstlərinin ətrafını ot basıb, heç bir təmizlik işləri görülmür. Qeyd edək ki, Nizami Gəncəvinin büstü 1947-ci ildə, Abbas Səhhətin isə keçən əsrin 50-ci illərinin sonunda yerləşdirilib.
 
 


RƏYLƏR