Azərbaycanda dövlət mülkiyyətində olan bir sıra torpaq sahələrinin icarəyə verilməsi və özəlləşdirilməsi ləğv edilir.
Oxu.Az xəbər verir ki, bu, "Torpaq icarəsi haqqında” və "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlara təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, baytarlıq, fitosanitar nəzarəti xidmətlərinin torpaqları icarəyə verilən dövlət torpaqları siyahısından çıxarılır.
Həmçinin, fitosanitar nəzarəti xidmətləri dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə təsnifatından çıxarılır.
Qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılaraq, birinci oxunuşda qəbul edilib.