Cavanşir Feyziyevdən sabotaj: korona dərmanları “mafiya”nın cəngində… – Siyahı

OXUNUB: 4110 Özəl GÜNDƏM Səhiyyə
Respublikada dərman firmaları rəsmən sabotajla məşğuldurlar. Reportyor.info-nun məlumatına görə, epidemiya əleyhinə dərmanlar tapılmır, tapılanda da dəyərindən 20-30 dəfə baha satılır.
Xəbərlərə görə, dərman şirkətləri perparatları apteklərə vermədən depolardan birbaşa "qara bazar”a çıxarırlar. Nəticədə apteklərdə defisit yaranıb.
Bir neçə həftədir ki, "Arbidol”, "Favipravir”, "Kleksan” apteklərdə satılmır. Onları yalnız "dərman mafiyası”ndan əldə etmək mümkündür.
Xəbər verilir ki, "Kleksan”ın iki ampulası 13 manatadır. Hindistan istehsalı olan 10 ədədi bir qutu "Favipravir” 39 manat, daha çox olanı isə 130 manata satılır. Bu məbləği ödəməyə kimin gücü çatar?!
"Arbidol”u tapmaq isə mümkün deyil. Bu dərmanı hansısa yollarla əldə edənlər 500-700 manat xərcləməlidir. Təsəvvür edirsiniz? Bu, cinayətdir.
Bu virusa yoluxmuş jurnalist Elşad Məmmədli isə yazıb ki, COVİD-lə mübarizədə istifadə olunan dərmanlar, ləvazimatlar çox bahadır, orta səviyyədə yaşayan adamlar üçün belə. Bir xəstənin ev şəraitində müalicə xərci ortalama 1200 manata yaxın olur. O, detallı yazıb:
Favipiavir – 2×130=260 (1 qutu 130 AZN. 1 xəstə üçün 2 qutu lazım olur)
Maxipen – 14×20=280 AZN
L-floxine – 10×16=160 AZN
Vitamin C 1000 mg – 19 AZN
Vitamin Toplusu Salcovit – 23 AZN
Saturasiya cihazı – 65 AZN
İnqalyasiya aparatı – 70 AZN
Aspirin Cardio – 14 AZN
KT müayinə – 100 AZN
Sistem qoşmaq üçün maddələr, ləvazimatlar – ortalama 50 AZN
Tibb bacısının ödəməsi – 150 AZN
Bütün bu fəlakəti xalqa yaşadan isə sözügedən dərmanları "mafiya”nın cənginə verən möhtəkirlər və apteklərə çatdırmayan özəl şirkətlərdir.
Həmin firmalardan birinin "AvroMed” olduğu deyilir. Məlumdur ki, həmin dərman payçısı oliqarx deputat Cavanşir Feyziyevə məxsusdur.
Lakin hər dəfə C.Feyziyev məsuliyyəti boynundan atır, "AvroMed”in ona aid olmadığını, səhmlərini çoxdan satdığını elan edir.
İddialara görə, bununla deputat öz biznesini gizlədir və ona yönəlik tənqidləri yayındırmağa çalışır. Əslində C.Feyziyevin "AvroMed” firmasında yetərli payı var. İndisə deputat və onun dərman şirkəti koronavirusun tüğyan etdiyi bir dövrdə əhalini soymağa can atır.
Bir yandan həmin dərmanlar tapılmır, bir tərəfdən qiymətlər hədsiz yüksəkdir, habelə yoluxma artır, ölkə İtaliyanın vəziyyəti ilə qarşılaşıb.
Belə halda dövlət xəstələr üçün əlindən gələni edir, C.Feyziyev və "AvroMed” kimi fürsətcillər isə xalqı dərman terroru ilə üzbəüz qoyub.
Mediada yayılmış başqa məlumatlara görə, Tarif Şurası tərəfindən qiyməti tənzimlənən virus əleyhinə arbidol pereparatının distribüteri olan "AvroMed” şirkəti bu pereparatı ancaq öz doktalarına verir.
Hərçənd indi öz apteklərində də bu dərmanlar qəhətə çıxıb. Lisenziyası olan digər apteklərin sifarişini, depoda yoxdur deyə geri çevirirlər.
Son günlər dəfələrlə bu pereparat üçün kifayət qədər xəstə müraciət edib, ancaq apteklər depo sifarişi qəbul etmədiyi üçün yoxdur deməyə məcbur qalıblar.
Əczaçılar deyirlər ki, "AvroMed” arbidolu həm də özəl klinikalara topdan baha qiymətə satır. Dövlət tərəfindən 7 manat qoyulan qiymət indi 60-150 manat arasında dəyişir. Öz apteklərində bu qiymətə satırlar.
Bu proses xalqı qəzəbləndirmək, dövlətin üstünə qaldırmaq siyasətidir. Yəni sabotajdır və həm də Prezidentin əleyhinə iş aparmaqdır. Şirkətin və deputatın mövqeyini işıqlandırmağa hazırıq.

RƏYLƏR