Cəlilabad sakinini çəkiclə öldürüblər

OXUNUB: 609 HADİSƏ

Daxili İşlər Nazirliyi Cəlilabadda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

İcmal.Az nazirliyinin saytına istinadən xəbər verir ki, martın 2-də Cəlilabad rayonunun Musalı kəndində yaşayan Siruz Nəsirov yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Martın 5-də S.Nəsirovun üzərində zorakılıq əlamətləri olan meyiti Ləkin kəndinin otlaq sahəsində tapılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cəlilabad Rayon Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində S.Nəsirovu münaqişə zəminində çəkiclə qətlə yetirməkdə şübhəli bilinən Musalı kənd sakini Seymur Məmmədov tutulub.

İcmal.Az

RƏYLƏR