Cəlilabadda daha bir FAKT: KAMXOZ müdiri icra başçısına nə qədər maaş kartı verib?

OXUNUB: 83 GÜNDƏM HADİSƏ
Cəlilabad rayonunda daha bir məmur özbaşınalığı haqqında redaksiyamıza məlumat daxil oldu.

 "KAMXOZ” idarəsində baş verən maxinasiyaların üstü açılıb. Belə ki, hazırda həbsdə olan keçmiş içra başçısı Namiq Zeynalovun gəlir mənbəyindən biri məhz "KAMXOZUN” olduğu bildirilir. Digər bir məlumatda isə rayon sakinləri iddia edirlər ki, KAMXOZUN müdiri Habulla müəllim maaş kartlarını icra başçısına təhvil verib. İcra başçısının xidməti otağında DTX-nin əməliyyat zamanı götürülən kartlat, məhz Habulla müəllimin "əl zəhmtidir”. Dəfələrlə rayonda yaranan ciddi problemlərlə bağlı ictimayətə məlumat vermişik. Lakin qarşı tərəf bizi şantaçı kimi qələmə verməyə çalışdı. Necə deyərlər, gec oldu, güc oldu…

Narazı sakinlər bununla bağlı redaksiyamız vasitəsi ilə bir başa prezident cənab İlham Əliyevə müraciət etmək üçün qərar qəbul ediblər. Məsələ ilə bağlı Habulla müəllimlə telefon əlaqəsi yaratdıq. Özünün dediyinə görə, hazırda Bakı şəhərində xəstəxanaların birində səhəti ilə bağlı müalicə alır.

Etribarlı mənbəmiz iddia edir ki, DTX-nın əməliyyatından sonra Habulla müəllim bərk sarsıntı keçirib. Bu istiqamətdə araşdırmalarımız davam edir. Yaxın günlərdə KOMXOZ müdiri Habulla müəllimin dövlətə nə qədər zərər vurduğunu və həbsdə olan keçmiş icra başçısı N. Zeynalovla hansı oyunların qurduğu haqda geniş məlumatlar veriləcək. Bizi izləməyi unutmayın…/Dosye.org
 
 
7News.Az

RƏYLƏR