Cəmilə Tağızadə:"Bal ayım zəhər oldu, toydan 3 gün sonra..."

OXUNUB: 889 ŞOU-BİZNES


-Sizi tanımayanlara özünüzü təqdim edin

-Cəmilə Tağızadə indiki soyadım isəTəmizdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin aktyorluq fakültəsini bitirmişəm. Həm aktrisa, həm də aparıcı kimi fəaliyyət göstərmişəm.

-Ailə həyatınız necə gedir-, tez ailə qurduğunuz üçün peşman deyilsiniz?

-Yenicə ailə qurdum. Bəli problemlərim var yəqin ki, bu problemlərsizdə olmaz. Yoldaşım 4 il bundan öncə boşanıb. Murad və onun keçmiş həyat yoldaşının ailəsi hər iki tərəfin razılığı ilə evlilikləri bitib. Mənim onların ayrılmağı üçün heç bir köməyim olmayıb. 

-Evliliyinizdə bu qədər problemlər var. Ayrılmağı düşünürsüz?

-Baxmayaraq ki, yeni ailə qurmuşam lakin toydan 3 gün sonra çox böyük problemlərlə üzləşdim. Hətta bal ayımda zəhər oldu mənə. Allah heç bir xanıma mən yaşadıqlarımı göstərməsin. Lakin çalışdım ki, ailəmi dağıtmayım. Bütün xanımlara səbrli olmağı məsləhət görürəm.

-Türkiyədə yaşamaq çətin gəlmir ki?

-Türkiyədə yaşamaq çətindir. Ailəmdən dostlarımdan sevdiklərimdən uzaq qaldığım üçün darıxıram. Burdakı ailəmə öyrəşməliyəm, hər şeyi yoluna qoymalıyam. Heç bir yerdə işləmirəm hələki Türk dilini mükəmmələşdirməliyəm. Burda aparıcı kimi fəalliyyətimə davam etdirəcəm buna görə də türkcəm qüsursuz olmalıdır.

-Azərbaycana qayıtmağı düşünürsünüzmü?

-Azərbaycana qayıtmağı düşünmürəm. Türkiyə ilə bağlı böyük planlarım var və onları həyata keçirdəcəm.
Yaşıma görə az-çox sevilirəm. Çox əziyyət çəkmişəm. Məqsədlərim var idi. Qarşıma hər cür insan çıxdı. Yaxşı, pis, satqın, ikiüzlü, vicdanlı, vicdansız. Yaxın dostlarımdan məni satanlar da oldu. Çox şükür ki, artıq onlardan uzağam və onlarla heç bir əlaqəm yoxdur. Bəzən peşman olurdum ki, niyə bu sənətə gəldim?! Bu cür insanları tanıdım. Lakin sonradan özümdə güc tapdım və yaxşı həqiqi dostluqlar qurdum.

-Burda yetəri qədər tanınırdız və birdən-birə koryeranızı saxlayıb ailə qurduz. Evdarlıq necə çətin gəlmirmi?

-Ev işləri mənim ən yaralı yerimdir. 30 yaşına kimi heç bir işlə məşqul olmamışam. Bura gələndən sonra məcbur iş görməyə başladım. Xörək bişirməkdənsə ev yığışdırmağı üstün tuturam. Böyük ailəyik baldızlarım uşaqları və vaxt olduqca bir bizimizgilə gedib gəlirik. Yəni evin təmiz olmağı vacibdir.

-Ana olmağı planlaşdırırsan?
-Uşaq barəsində düşünmürük. Yəni bu qədər stress problemlərin içində dünyaya uşaq gətirmək düzgün deyil. Gələcək problemlər azalandan sonra əlbbətdə ki, bizdə uşaq istəyərik.

-Sağlamlığın üçün özünə nə kimi qulluq edirsən?

-İdmanla məşqul olmuram hal - hazırda baxmayaraq ki, evin yanında idman zalı var lakin yoldaşım çox qısqanc olduğundan icazə vermir. Qadınlar üçün fitnes kluba yazılmağı düşünürəm.

-Sonda sizi sevenlərə nə demək istəyirsiniz

-Türkün türkdən başqa dostu yoxdur. İnsan həyata bir dəfə gəlir. Xoşbəxt olmağa çalışın./big
 
İcmal.Az

RƏYLƏR