Cənab Prezidentin rəhbərliyi ilə Ağdam tarixlə müasirliyin vəhdət simvoluna çeviriləcək - QHT sədri

OXUNUB: 704 QHT
Ağdamın yerlə- yeksan edildiyini, şəhərdən əsər-əlamət qalmadığın çəkilən fotolardan, hazırlanan reportajlardan görmüşdük. Amma Ağdam torpağına ayaq basdıqda törədilən bu vəhşiliyi və barbarlığı daha da ağrı və acı ilə hiss edirsən. 

Bu sözləri açıqlamasında avqustun 17-də Ağdamda səfərdə olan İnformasiya Təşəbbüslərinə Dəstək ictimai Birliyin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib.

"Ağdam qədim tarixi olan Azərbaycan torpağı olmaqla yanaşı,  həmçinin müxtəlif sahələr üzrə inkişaf etmiş şəhərlərimizdən olub. Amma erməni faşizmi bu şəhəri tamamilə yer üzündən silmişlər. Geriyə qalan təkcə Ağdamın və kəndlərin adı və tikililərin qalıqlarıdır.

İllər öncə "Qafqazın Xirosiması” adlandırlan Ağdama təəssüf ki, dünya ictimaiyyəti laqeyd münasibət bəslədi. Ermənilərin azərbaycanlılara kin və nifrətini özündə təcəssüm edən bu vandallıq və "nifrət bombası” əslində bəşəriyyətə və təbiətə də yönəlmişdi. 

Çox təəssüf ki,  beynəlxalq təşkilatlar bu cinayəti görməzdən gəldilər. 
Artıq 44 günlük  müharibə nəticəsində ölkəmiz və regionumuz üçün yeni səhifə açılıb. 

Artıq Ağdamın ölkəmizin və Qafqazın ən inkişaf etmiş şəhərlərindən birinə çevrilməsi  işlərinə start verilib. Cənab Prezidentin rəhbərliyi ilə Ağdam  tarixlə müasirliyin vəhdət simvoluna çevriləcək.”

RƏYLƏR