"Naxçıvanın Penitensiar Xidmətinin rəisi, general-mayor Tofiq Həsənovun həbsi olduqca müsbət haldır və bu həbs ölkənin penitensiar sistemi ilə bağlı təcili tədbirlərin həyata keçirilməsini daha da qətiləşdirməlidir."
7NEWS.az xəbər verir ki, bu barədə jurnalist Samir Feyruzov paylaşım edib: "Penitensiar Xidmət Azərbaycanda yeganə sahədir ki, ölkədə aparılan bütün dəyişiklikərdən tamamilə kənarda qalıb.
Penitensiar Xidmətin rəisi, sahibkar general-leytenant Ceyhun Həsənovun Azərbaycan həbsxanalarında yaratdığı acınacaqlı durum artıq işığa çıxmalıdır. Qərb təşkilatlarının Azərbaycana qarşı səsləndirdiyi fikirlərin getdikcə daha da radikal şəkil almasında Penitensiar Xidmətdə aşkarlanan neqativlərin ciddi rolu var.
1. İnsan hüquqları problemi - Məhbuslar da insandır və onların hüquqları qorunmalıdır, imkanlı məhbuslar şah kimi yaşayır, imkansız məhbuslar isə daha da ağır duruma yuvarıanır. Nəticədə imkanlı da, imkansız da islah olunmur.
2. Narkotik maddələrin dövriyyəsi - Narkotik maddələr həbsxanalarda tuğyan edir. Narkotik maddələrə görə həbs edilən şəxslər həbsdən çıxandan sonra yenidən eyni ittihamla həbsə yollanır, təkrar cinayətlərin (residivlik) sayı durmadan artır.
3. Dövlət vəsaitlərinin düzgün xərclənməməsi, yeyintilər - Məhbuslar həbsxanadakı yeməklərlə qidalanmırlar, bir çox məhbuslar üçün yeməklə öz evlərindən gətirilir, qapıdan tutmuş "barak"lara qədər pul, rüşvət tuğyan edir. Həbsxana rəisləri ölkənin ən varlı adamlarına çevriliblər.
Qısası, inanıram ki, aidiyyatı dövlət qurumları C.Həsənovun fəaliyyətini, penitensiar sistemdəki özbaşınalıqları araşdırıb tədbirlər görəcək. Bir generalın - Ceyhun Həsənovun böyük kapitala və sərvətə sahiblənməsi Azərbyacana yaxşı heç nə vəd etmir. Bu adam üçün yolun sonu görünməlidir."