Bu sözləri tanınmış ekspert Qurbanəli Ömərov deyib: "Bu günə kimi O, "Binance”dəki balansının azalmasına görə, məni ən ağır formada günahlandırırdı. Hətta, həyat yoldaşı Samirə də dəfələrlə sosial mediada məni təhqir etdirərək və məhkəmələrdə isə vicdansızlıqda ittiham edərək, Qurbanəli pulumuzu mənimsəyib, deyirdi. 1 Oktyabr tarixində, Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmədə ifadə verərkən, mənə qarşı qəzəbinə də aydınlıq gətirdi, bildirdi ki, London dünyanın ən bahalı şəhəridir, Qurbanəlinin oradan şəkillər paylaşmasını görüb, yumşaq desəm, özümdən çıxdım, ortaq tanışlarımız Fikrət Məmmədov və Tehran Salmanovla əlaqə saxladım. Deyir ki, o vaxt qızım İtaliyada universitetə yenicə qəbul olmuşdu, pul lazım idi, ona görə də Qurbanəlidən başlanğıcda 10 min, ümumilikdə isə 1 Bitcoin və 10 min tələb etmişəm. Bu da qismən günahı boynuna almaq idi ancaq özünü müdafiə etmək üçün bildirdi ki, onun ofisində kağız imzalanarkən hər hansı bir hədə, zorakılıq olmayıb və "qəbz”in sürətini də şahidim Nəriman İsmayılov çıxarıb. Əslində isə, Nəriman özü istintaqda Azərin ifadəsini təkzib edib və prosesdə olmadığını deyib, olsaydı Tehran və Fikrət kimi onunla da bu haqda danışmış olardıq. Türkiyə nömrəsindən məni hədələtməsi məsələsində isə zəngin haradan olmasına diqqəti çəkməyə çalışdı, məni mafiyaya, oğru dünyasına verdiyini tamamilə rədd etmədən, ötüşdürdü. Prokurorun suallarından isə pat vəziyyətində qalan Azər birjadan yaxşı başı çıxdığını, o qədər də vaxtaparan olmadığını, yatırım kimi yanaşdığını deyib, risklərdən xəbərdar olduğunu da boynuna aldı. Prokuror da soruşdu ki, Qurbanəli bacarıqsız idisə, niyə dəfələrlə onunla iş görməyə çalışmısız? Niyə, onu öz ofisinizdə işləməyə məcbur etmək istəmisiz? Azər yenə də bilmədi nə desin, qayıtdı ki, onsuz da, kağızı imzaladıqdan sonra 3- 5 gün gəldi, sonra yenə yoxa çıxdı. Dəymiş ziyanla bağlı danışarkən Azər, özü də bilmədən qat- qat artıq pul tələb etdiyini etiraf etmiş oldu. Bir sözlə, yavaş- yavaş haqq ədalət öz yerini tapır. İnanıram ki, bu mübarizənin sonunda mən qalib çıxacam və üzərimə atılan iftiralar tamamilə götürülmüş olacaq."
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Hikmət Hacıyev Türkiyə Prezidentinin baş müşaviri ilə görüşdü - BUDAPEŞTDƏ
27.03.2026, 12:03 / Özəl, SİYASƏT -
Avropa İttifaqı Azərbaycanla birlikdə Cənubi Qafqazın sərhədlərinin intelektual idarəetməsində maraqlıdır
16.03.2026, 13:09 / Özəl, SİYASƏT -
İran–İsrail münaqişəsi: Yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın yeri
03.03.2026, 10:47 / Özəl, SİYASƏT -
Kamran Bayramov: “Demokratiya” maskası altında vandalizm: Mənəvi aşınmanın və nifrət siyasətinin ifşası
20.02.2026, 16:13 / GÜNDƏM, Özəl, SİYASƏT -
"Səfərlər zamanı Prezidentə qarşı törədilən təxribatların arxasında bu erməni təşkilatı dayanır" - Səbuhi Abbasov
20.02.2026, 10:13 / Özəl, SİYASƏT -
Azərbaycanı içəridən çökdürmək planı ifşa olundu - Deputatdan ağır sözlər
15.02.2026, 13:52 / Özəl, SİYASƏT -
"Bu öz növbəsində ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmış oldu" - DEPUTAT
12.02.2026, 17:23 / Özəl, SİYASƏT
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
SOSİAL Hilton Baku Hoteldə beynəlxalq təhsil sərgisi keçiriləcək: QEYDİYYATDAN KEÇMƏYƏ TƏLƏSİN!
-
HADİSƏ Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR: Tovuzun birinci müavini müxalifətin informatorudur?
-
HADİSƏ 240 min vergi borcu, ölüm və koma qalmaqalları… – “MedAura” klinikası adını niyə dəyişir?
























