Cinsiyyətini dəyişdirmək istəyən qızı sevgilisinin qardaşı və atası döydü - FOTO

OXUNUB: 708 DÜNYA

Türkiyənin Manisa vilayətində cinsiyyətini dəyişdirib, oğlan olmaq istəyən 19 yaşlı qız sevgilisinin (qız) atası və qardaşı tərəfindən döyülüb.

Manisanın Alaşehir qəsəbəsində yaşayan və yaxınları tərəfindən "Derin" adıyla tanınan A.O. 5 il öncə cinsiyyət dəyişdirib, oğlan olmağa qərar verib. Fikrini açıqladığı anası və qardaşı da onun bu qərarını anlayışla qarşılayıb. Özünü oğlan kimi hiss etdiyini bildirən A.O. hormon müalicəsindən öncə psixoloji müalicə almağa başlayıb.

27 sentyabrda parkda 1.5 ildir bir yerdə olduğu sevgilisi E.G. ilə görüşüb.

Onları görən bir nəfər vəziyyəti 21 yaşlı E.G.-nin ailəsinə xəbər verib. Bacısının A.O. ilə görüşməyinə qarşı olan 17 yaşlı H.G parka gəlib. İddiaya görə, A.O. ilə H.G. arasında mübahisə düşüb. H.G. A.O-nu döyməyə başlayıb. Bu məqamda hadisə yerinə gələn E.G.-nin 41 yaşlı atası M.G. da A.O-nu döyməyə başlayıb. Qardaşı və atasının qarşısını almaq istəyən E.G. da döyülüb./milli

İcmal.Az

RƏYLƏR